Ana Sayfa > M / Karusel / Gündəm / Araşdırma > Göygöl Xəstəxanasının direktoru qazanc üçün poliklinikanın ayaqyolusunu da "yoxa çıxartdı"

Göygöl Xəstəxanasının direktoru qazanc üçün poliklinikanın ayaqyolusunu da "yoxa çıxartdı"


6-05-2022, 12:05. Yazar: Xeberaz




Göygöl Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Vasif Əliyev poliklinika şöbəsinin I mərtəbəsində mövcud olan ayaqyolusunu da tamamilə sıradan çıxarıb. Poliklinika üçün zəruri olan sanitar qovşaq maddi maraqlar müqabilində restovrasiya edilərək stomotoloji sterilizasiya otağına çevrilib.
"Bu barədə məlumat verən və şikayətini bildirən şəxslərin sözlərinə görə, direktorun marağı sözügedən otaqda stomatoloq Rəşad Əkbərovla birlikdə implant diş əkimi həyata keçirərək pul qazanmaqdır.

Təəssüf ki, TƏBİB tərəfindən nöqsanları müdafiə edilən, cəzasızlıqda "kef çəkən" direktor Vasif Əliyevin istəkləri üçün bu biabırçılıq da baş verib. Təəssüf ki, bir rayonun poliklinikası bundan sonra ayaqyolu olmadan fəaliyyətini davam etdirəcək. Yetər ki, ortada kimlərəsə qazanc-gəlir olsun.

Demokratik.Az


Geri dön