Ana Sayfa > M / Karusel / Siyasət / Gündəm > Dünya səbirsizliklə "9 may"ı gözləyir - Rusiya "qiyamət təyyarə"sini meydana buraxacaq

Dünya səbirsizliklə "9 may"ı gözləyir - Rusiya "qiyamət təyyarə"sini meydana buraxacaq


5-05-2022, 09:15. Yazar: Xeberaz





Rusiyanın Qələbə günü ilə bağlı dəhşətli iddialar irəli sürülüb.
xEBERAZ.AZ xarici mediaya istinadən xəbər verir ki, Rusiya üçün böyük əhəmiyyət kəsb edən "Qələbə bayramı” bu il böyük sürprizlərə səhnə ola bilər. Moskva administrasiyası 12 ildir görünməyən "qiyamət təyyarəsi”ni mərasim üçün səhnəyə çıxaracaq və eyni zamanda Qərb mediası Putinin bu tarixdə rəsmi olaraq müharibə elan edə biləcəyini iddia edib. Ukraynada yerləşən Müdafiə Strategiyaları Mərkəzi isə Putinin Qırmızı Meydanda 500 hərbi əsir götürə biləcəyini iddia edir.
Ukrayna müharibəsindən iki ay keçərkən bütün dünyanın gözü hazırda Rusiyanın "Qələbə günü” kimi qeyd etdiyi "9 May” tarixinə çevrilib.
Mayın 9-da keçiriləcək mərasimlə bağlı daha bir diqqət çəkən iddia ABŞ-dan gəlib. CNN iddia edib ki, Ukraynanı işğal edərkən israrla "müharibə” əvəzinə "hərbi əməliyyat” ifadəsini işlədən Rusiya bu tarixdə rəsmən müharibə elan edə bilər.
Qeyd edək ki, Putinin bütün ehtiyatda olan hərbçiləri səfərbər edə və vəzifəyə çağıra biləcəyi barədə söhbətlər getsə də, Böyük Britaniyanın müdafiə naziri Ben Wallace bildirib ki, Rusiya lideri Ukraynaya mümkün qədər çox əsgər göndərə bilər. 



Geri dön