Ana Sayfa > M / Karusel / Gündəm > Vergilər Nazirliyinin rəsmi internet saytı yeniləndi

Vergilər Nazirliyinin rəsmi internet saytı yeniləndi


23-08-2015, 00:35. Yazar: Xeberaz
Vergilər Nazirliyinin rəsmi internet saytı yeniləndi


Xeberaz.az xəbər verir ki, yeni saytda edilən dəyişikliklər zamanı istifadəçilərin təklifləri nəzərə alınaraq, səhifədən istifadəni rahatlaşdırmaq üçün xeyli işlər görülüb.

Bu müddət ərzində səhifənin ümumi dizaynı həm texnoloji imkanların müasirləşməsi, həm də tələbat nəzərə alınaraq üç dəfə dəyişdirilib. Son belə dəyişiklik isə 2009-cu ildə olub.

Yaxın gələcəkdə saytın dizaynının növbəti dəfə yenilənməsi, səhifənin Android, İOS platformalı smartfonlar, habelə planşetlər üçün əlavələrin hazırlanması planlaşdırılır. Vergi ödəyiciləri saytın bir sıra imkanlarından yararlana bilərlər.

Statistik hesabatlara görə, səhifədə ən çox “Qanunvericilik”, “E-xidmətlər”, “Media”, “Haqqında”, “Bir pəncərə”, “Sual-cavab”, “Bəyannamə” bölmələrinə müraciət edilir. Səhifə istifadəçilərinin 60 faizi bu bölmələrdən yararlanır. Bundan başqa, səhifədə yeni istifadəyə verilmiş “Onlayn bələdçi” xidmətini də istifadəçilər böyük maraqla qarşılayıblar.
Geri dön