Ana Sayfa > M / Karusel / Dünya > Putin ukraynalı 10 yaşlı uşağı və anasına Rusiya vətəndaşlığı verdi – Sərəncam

Putin ukraynalı 10 yaşlı uşağı və anasına Rusiya vətəndaşlığı verdi – Sərəncam


23-08-2015, 00:24. Yazar: Xeberaz
Putin ukraynalı 10 yaşlı uşağı və anasına Rusiya vətəndaşlığı  verdi – Sərəncam

Rusiya Prezidenti Vladimir Putin Donbasda hərbi əməliyyatlar zamanı yaralanan 10 yaşlı uşağı və anasına Rusiya vətəndaşlığı verilməsilə bağlı sərəncam imzalayıb.

Sərəncamın mətni rəsmi hüquqi məlumatlar portalında yerləşdirilib.

“1981-ci il oktyabrın 16-da Ukraynada anadan olan Voronova Lesya Viktorovna və oğlu 2005-ci ilin martın 10-da Ukraynada anadan olan İvanın Rusiya vətəndaşlığına götürülməsi ilə bağlı sənəd təsdiq olunsun:”, – sənəddə bildirilib.


Qeyd edək ki, İvan Voronov Şaxtyorsk ətrafındakı bombardman zamanı həlak yaralanmışdı.
Geri dön