Ana Sayfa > M / Karusel / Dünya / Xəbəraz TV > Rusiya “Topol”u uğurla sınaqdan keçirdi – VİDEO

Rusiya “Topol”u uğurla sınaqdan keçirdi – VİDEO


23-08-2015, 00:00. Yazar: Xeberaz
Rusiya “Topol”u uğurla sınaqdan keçirdi – VİDEO
Raketin çəkisi təxminən 45 ton təşkil edir.

Rusiya “Topol” RS-12M tipli qitələrarası ballistik raketi uğurla sınaqdan keçirib.

Xeberaz.az “RİA Novosti”yə istinadla xəbər verir ki, sınaq Həştərxan vilayətində Kapustin Yar poliqonunda baş tutub. Verilmiş dəqiqliklə buradan buraxılmış raket Qazaxıstanda Sarı-Şaqan poliqonunda şərti hədəfi vurub.

Bu barədə Rusiya Strateji Təyinatlı Raket Qoşunlarının mətbuat xidmətindən bildirilib.

RS-12M raketinin çəkisi təxminən 45 ton təşkil edir. Rəsmi məlumata əsasən, raket döyüş hissəsini təqribən 10 min kilometr məsafəyə çatdıra bilir.
[media=https://youtu.be/-bUJCPr_VfM]
Geri dön