Ana Sayfa > M / Karusel / Gündəm / Foto-fakt / Qarabağdan xəbər var > “Azərbaycan Ordusu Ağdərə istiqamətində irəliləyir” - FOTOlar

“Azərbaycan Ordusu Ağdərə istiqamətində irəliləyir” - FOTOlar


16-04-2022, 11:03. Yazar: Xeberaz


Azərbaycan ordusu Ağdərə istiqamətində irəliləməyə davam edir.
Bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin rəsmi bülletenində yer alıb. 
Məlumata görə, Tərtər rayonunun Yarımca kəndi ərazisində Azərbaycan ordusunun irəliləməsi qeydə alınıb. 
Xatırladaq ki, daha əvvəl yayılan məlumatlarda da ordumuzun Ağdərə yüksəklikləri istiqamətində irəlilədiyi qeyd edilirdi. Məlumata əsasən, ötən ilin aprelindən indiyədək təkcə Ağdərəyə gedən yolda bir güllə belə atılmadan qanunsuz silahlı dəstələrin təxminən 13 postu boşaldılıb.
Qeyd edək ki, Yarımca kəndi əvvəllər Ağdərə rayonu inzibati ərazisinə aid olub, rayonun ləğv edilməsindən sonra Tərtər rayonuna birləşdirilib. 
Şotlanlı və Umudlu kəndlərinə də "nəzarətin ələ keçirilməsi" barədə sosial şəbəkələrdə bol məlumatlar yayılır.
Lakin sözügedən kəndlər Ağdam rayonu işğaldan azad olunandan bəri ordumuzun kontrolundadır.
Ermənilərin viran qoyduqları kəndlərin peyk görüntüləri də bunu təsdiqləyir.
Yarımca və Seysulan kəndlərinə gəldikdə isə, ermənilərin bütün iddialarına rəğmən, düşmən həmin kəndlərdən qaçıb.

Məqaləyə dair fotomateriallar:








Geri dön