Ana Sayfa > M / Karusel / Hadisə > Azərbaycan MN Rusiya MN-in yalanlarını bir-bir SADALADI

Azərbaycan MN Rusiya MN-in yalanlarını bir-bir SADALADI


28-03-2022, 08:18. Yazar: Xeberaz

Azərbaycan MN Rusiya MN-in yalanlarını bir-bir



Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib.
Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
"Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb", - deyə nazirliyin məlumatında bildirilir.
Geri dön