Ana Sayfa > M / Karusel / Gündəm / Qarabağdan xəbər var > MN: Təxribata cəhd göstərən qanunsuz erməni silahlıları geri çəkilməyə məcbur edilib

MN: Təxribata cəhd göstərən qanunsuz erməni silahlıları geri çəkilməyə məcbur edilib


26-03-2022, 11:59. Yazar: Xeberaz

MN: Təxribata cəhd göstərən qanunsuz erməni silahlıları geri çəkilməyə məcbur edilib


Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən  verilən məlumata görə, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.
Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Geri dön