Ana Sayfa > M / Karusel / Siyasət / Gündəm > İlham Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir - Ərdoğan

İlham Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir - Ərdoğan


25-03-2022, 15:26. Yazar: Xeberaz

Prezident İlham Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüssel səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə bir günlük səfəri zamanı əsas mövzumuz Rusiya və Ukrayna oldu. O, həm də Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir. Onun cənab Putinlə münasibətləri hamıya məlumdur. O, bu müharibənin ən yaxşı təhlilçilərindən biridir. Onunla bu haqda çox açıq və aydın danışmaq imkanımız oldu", - R.T.Ərdoğan deyib.


Geri dön