Ana Sayfa > M / Karusel / İqtisadiyyat > Azərbaycan və İran Xəzər dənizindəki neft yatağında birgə...

Azərbaycan və İran Xəzər dənizindəki neft yatağında birgə...


21-08-2015, 13:26. Yazar: Xeberaz
Azərbaycan və İran Xəzər dənizindəki neft yatağında birgə...


Azərbaycan və İran Xəzər dənizindəki neft yatağının birgə tədqiq edilməsi ilə bağlı danışıqlar aparır

Xeberaz.az xəbər verir ki, Bunu Trend-ə eksklüziv müsahibəsində İranın Rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezi deyib.

O bildirib ki, tərəflər bu məsələdə irəliləsələr də, danışıqlar hələ başa çatmayıb: “Danışıqlar davam edir. Artıq hansı yatağı birgə tədqiq edəcəyimiz məlumdur. Bu, çox böyük yataqdır. Lakin onun adı yalnız danışıqlar başa çatdıqdan sonra açıqlanacaq”.

Nazir qeyd edib ki, neft-qaz texnologiyaları sahəsində də iki ölkənin əməkdaşlığı üçün geniş potensial mövcuddur: “İran Azərbaycanda mütəxəssislərinin fəaliyyət göstərməsi və texnologiyalarının istifadə edilməsində maraqlıdır. Bu məsələ ilə bağlı danışıqlar aparılır. Hesab edirəm ki, bu sahədə əməkdaşlıq üçün böyük potensialımız var”.
Geri dön