Ana Sayfa > M / Karusel / Gündəm / Araşdırma > Müştərinin haqqını BELƏ YEYİRLƏR... - GİLEY

Müştərinin haqqını BELƏ YEYİRLƏR... - GİLEY


24-03-2022, 12:11. Yazar: Xeberaz



- "22 mart tarixində Azadlıq pr. 107 ünvanında yerləşən MiMobile.az - mağazasından portativ səsucaldıcı və ev əşyalarının səslə idarəedicisi, mi ai speaker almışam. Alarkən satıcıdan speaker-in proqramının çin versiyasında olduğunu öyrəndim, amma düşündüm ki internetdən bu proqramın ingilis versiyasını taparam". Bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Adil Cəfərov adlı istifadəçi giley edir.

Müştərinin haqqını BELƏ YEYİRLƏR...
Daha sonra narazı vətəndaş yazır: "Evdə speaker nə telefona qoşuldu, nə də bunun ingilis proqramı tapıldı. Üstəlik məlum oldu ki speaker-in daxili batareyası da yoxdur, ancaq elektrik şəbəkəsinə qoşulmuş halda olarkən işləyə bilir. Çin dilini bilmədiyim üçün məhsuldan məmnun qalmadım, və onu bu gün geri qaytarmaq istədim. Satıcı, məsələ barədə telefonda öz müdiri ilə məsləhətləşdikdən sonra məhsulu geri almaqdan imtina etdi, bildirdi ki səbəb qutunun üzərində olan salafanın açılmasıdır. Güya mən bu məhsulu açmadan qaytara bilərəm, açdıqdan sonra bu mümkünsüzdür. Buradan o mağazanın müdiriyyətinə bildirmək istəyirəm ki yanlış düşünürsüz, istehlakçı hüquqlarımı pozursunuz, o məhsulu geri götürəcəksiniz, üstəlik cərimə də olunacaqsınız".



İddia olunanlarla bağlı  olaraq qarşı tərəfi də dinləməyə hazırıq...(dia.az)

Geri dön