Ana Sayfa > M / Karusel / Siyasət / Gündəm / Foto-fakt > Zelenskiyə qarşı sui-qəsdin qarşısı alındı - FOTO

Zelenskiyə qarşı sui-qəsdin qarşısı alındı - FOTO


22-03-2022, 10:19. Yazar: Xeberaz


Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb.
Xeberaz.Az UNİANE-a istinadən bildirir ki, Ukraynanın hərbi əks-kəşfiyyat xidmətinin əməkdaşları Ujqorod şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) agentinin başçılıq etdiyi kəşfiyyat-divresiya qrupunun üzvlərini saxlayıblar.
Qeyd edilir ki, 25 nəfərlik qruplaşmanı FTX-nin agenti yaradıb. Onlar silahla və nəqliyyat vasitələri ilə təchiz edilib. Qrup üzvləri Ukrayna Prezidentinə sui-qəsd etməyi, Kiyevdə və Ukraynanın digər vilayətlərində təxribat törətməyi planlaşdırıb.
Silahlıları Rusiya qoşunlarının bölgüsü adı altında Kiyevə köçürmək və hökumət məhəlləsində cinayət əməlləri həyata keçirmək planlaşdırılırmış.

Məqaləyə dair fotomateriallar:










Geri dön