Ana Sayfa > M / Karusel / Gündəm / Araşdırma > “PAYIM” şirkəti - Bizə eşşək, at əti və kardon yedirdirlər...FAKT
“PAYIM” şirkəti - Bizə eşşək, at əti və kardon yedirdirlər...FAKT5-03-2022, 11:39. Yazar: Xeberaz |
"PAYIM" şirkəti hələ də bizi zəhərləyir. Götürək digər digər istehsalçı olan "Payım" şirkətini. İki il əvvəl İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bir sıra kolbasa və sosis çeşidlərinin istehsalına qadağa qoyulan "Payım" şirkəti yenə də istehlak bazarını ət məhsulları ilə təhciz edir. Xatırladaq ki, o zaman şirkət kolbasa və sosiskalarının gigiyenik sertifikat və müvafiq reseptura olmadan, kolbasalarının isə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal etməkdə, saxlama müddəti ötmüş qılaftəmizləyicidən istifadə etməkdə ittiham olunurdu. Həmin ərəfədə "Payım" şirkətinin qapadılması gözlənilsə də bu baş vermədi. Monitorinqlərimiz göstərir ki, müəssisəyə məxsus kolbasalarda keyfiyyət dəyişikliyi baş verməyib. Yuxarıda sözügedən kolbasalar eyni keyfiyyətdə bazarda "at oynadırlar". "Payım" şirkətinin məhsullarından satıcılar da şikayət edirlər. Onların sözlərinə görə, "Payım" şirkətinə məxsus kolbasa və sosislər tez yararsız hala düşürlər. Bunu da onlar xammal kimi istifadə edilən ətin keyfiyyəti ilə bağlayırlar. Azərbaycanda istehsal olunan əksər kolbasaların tərkibinə karton kağızı qatılması, bəzən zibilxanalarda karton yığanların kolbasa sexlərini təchiz etməsi, hətta İrandan məxsusi olaraq bu məqsədlə Azərbaycana karton daşınması, bu səbəbdən də Bakıda hazırlanan kolbasaların dadının tam fərqli olması barədə indiyədək az deyilməyib, az yazılmayıb. Bu günlərdə realmedia.az-ın redaksiyasına daxil olan məlumatda və ona əlavə edilmiş foto-materiallarda marketlərdən toplanmış karton kağızı yüklü maşının "Payım" şirkətinin istehsal sahəsinə daxil olduğu bəlirlənir. Xatırladaq ki, bir müddət əvvəl “halal” sözü yazılmış kolbasasından donuz piyi çıxması, çox keçmədən, Bakıdakı mağazaların birində "Payım" şirkətinə aid iylənmiş, üfunət qoxulu kiflənmiş kolbasanın aşkarlanması, daha sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aparılan yoxlama zamanı müəssisə tərəfindən istehsal olunan yarımhisə verilmiş kolbasanın markalanmasının normativ sənədlərin tələblərinə cavab vermədiyinin müəyyən edilməsi barədə xəbərlər yayılmışdı. Məsələ ilə əlaqədar "Payım" şirkətinin rəhbərliyi ilə mövqeyini öyrənməyə çalışacağıq. Hesab edirik ki, məsələnin Qida Təhlükəsizliyi Agentliyi və SMPD Komitəsi tərəfindən araşdırılması zəruridir. Araşdırmalar davam edir, şok faktlarla sizə təqdim edəcəyik.(http://xeberim.info/) Geri dön |