Ana Sayfa > M / Karusel / Gündəm > Biz koronavirusun yeni variantlarına hazır olmalıyıq - Bayden

Biz koronavirusun yeni variantlarına hazır olmalıyıq - Bayden


2-03-2022, 09:11. Yazar: Xeberaz

ABŞ prezidenti Co Bayden hesab edir ki, koronavirusun yeni variantlarının yaranmasına hazırl olmaq lazımdır.
ABŞ dövlət başçısı bu barədə çərşənbə axşamı Konqresinin Nümayəndələr Palatası və Senatında müraciəti zaman deyib.
"Biz koronavirusun yeni variantlarına hazır olmalıyıq. Son bir il ərzində yeni ştammların müəyyən edilməsində əhəmiyyətli irəliləyiş əldə etmişik. Koronavirusun yeni variantlarının ortaya çıxması halında ABŞ 100 gün ərzində yeni peyvəndlərdən istifadəyə hazır olacaq", - C. Bayden bildirib.
O, həmçinin, ölkə vətəndaşlarını özlərini vaksin və dərman preparatları ilə koronavirusdan qorumağa çağırıb.

Geri dön