Ana Sayfa > M / Karusel / Siyasət / Gündəm > Ukraynanın sərhədləri dəyişməz olaraq qalacaq - Zelenski

Ukraynanın sərhədləri dəyişməz olaraq qalacaq - Zelenski


22-02-2022, 09:15. Yazar: Xeberaz


Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın hər hansı bəyanat və hərəkətlərinə baxmayaraq, ölkəsinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişməz qalacağına əmin edib.
Ukrayna dövlət başçısı bunu videomüraciətində söyləyib.
"Bizim və dövlətimizin tarixlə bağlı uzun-uzadı mühazirələr oxumağa vaxtımız yoxdur. Ona görə də keçmişdən danışmayacağam. Mən sizə reallıqlar və gələcək haqqında danışacağam: Ukrayna Rusiya Federasiyasının hər hansı bəyanatlarına və hərəkətlərinə baxmayaraq beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qalacaq", - V.Zelenski qeyd edib.
Dövlət başçısı həmçinin qeyd edib ki, ukraynalılar sakitdirlər və özünəinamı itirməyiblər.
"Buna görə bütün vətəndaşlara təşəkkür etmək istərdim - siz bir daha sübut edirsiniz ki, ukraynalılar ağıllı və müdrik xalqdırlar. Və hər şeyə baxmayaraq, soyuqqanlılığı saxlayır, sakit, balanslı reaksiya verir", - Ukrayna prezidenti vurğulayıb.

Geri dön