Ana Sayfa > M / Karusel / Gündəm > Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - RƏSMİ
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - RƏSMİ15-02-2022, 11:28. Yazar: Xeberaz |
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub. Fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub. Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb. Geri dön |