Ana Sayfa > M / Karusel / Gündəm / Təbriklər > BU GÜN ARAN İNTERNET TELEVİZİYANIN 7 YAŞI TAMAM OLUR

BU GÜN ARAN İNTERNET TELEVİZİYANIN 7 YAŞI TAMAM OLUR


14-02-2022, 13:56. Yazar: Xeberaz

Azərbaycanın müstəqil, özəl və internet televiziyalarından biri – “Aran” Media Qrupuna daxil olan Aran internet televiziyası 2015 –ci il fevralın 14-də təsis edilib. Fasiləsiz olaraq fəaliyyət göstərən Aran internet televiziyası internet vasitəsilə onlayn xəbər xidməti göstərir və ictimai-siyasi, iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayır.
İnternet televiziya abunəçilərinə gündəlik xəbərlərlə yanaşı, videogörüntülər, həftəlik və aylıq təhlillər, statistika, proqnozlar, xüsusi fotosessiyalar təqdim edir. Aran İnternet televiziyası foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır. İnternet televiziya “ Region saatı”, “NişənəGah” adında maraqlı verilişlər hazırlayır.
Aran internet televiziyası yeni layihələr hazırlanması istiqamətində yaradıcı fəaliyyətini bundan sonara da davam etdirmək əzmindədir.
Aran internet televiziyanın rəhbərliyi və kollektivi bu yorulmaz fəaliyyətini davam etdirməklə Siz tamaşaçılarını təbrik edir. Bizim bayramımız, Sizin bayramdır. Sizin bizə olan sevginiz , bizim uğurumuzdur. Yaxşı ki, Sizlər varsınız. Günümüz münasibətilə Sizləri təbrik edirik!



Geri dön