Ana Sayfa > M / Karusel / Gündəm / Foto-fakt > Bred Pitt yüzlərlə ailə üçün ev tikdirdi – FOTO

Bred Pitt yüzlərlə ailə üçün ev tikdirdi – FOTO


20-08-2015, 13:09. Yazar: Xeberaz
Bred Pitt yüzlərlə ailə üçün ev tikdirdi – FOTO
Onlar hər şeyi fırtına zamanı itirmişdilər.

10 il bundan öncə Yeni Orelanda ABŞ-ın tarixində ən qorxulu “Katrina” fırtınası olub, o bütün şəhəri yerlə yeksan etdi, minlərlə insanın həyatına son qoydu və bir çox ailələri evsiz qoydu. Bu aktyor Bred Pittə o qədər pis təsir etmişdi ki, o, təbii fəlakətdən zərər çəkənlərə yardım üçün Make It Right fondunu yaratdı.

Fırtınadan ən çox Louer Nint Yard rayonu zərər görmüşdü – o demək olar ki, tamamən suyun altında qalmışdı, binalar isə xarabalıqlara çevrilmişdi. Pitt və fond tərəfindən yığılmış vəsait hesabına bu rayonda 109 ev tikmək mümkün oldu. Aktyor işə ən tannımış memarları dəvət etdi və özü şəxsən binaların planının hazırlanmasında iştirak edirdi.

Evlər çox gözəl alındı: təbii fəlakətlərə davamlı, ekoloji və gözəl üslublu. Aktyor əvvəlcədən ucuz evlər tikməyə hazırlaşmırdı, o istəyitrdi ki, təbii fəlakətdən zərərçəkən insanlar gözəl və layiqli evlərə sahib olsunlar. Yeni evlərə köçən sakinlər çox xoşbəxt idilər.



Layihə üzərndə iş zamanı Pitt yeni evlərə köçəcək ailələrlə yaxından tanış oldu.



Qadın yeni evinin fonunda durub. O, köhnə evinin məhəccərinin yanındadır, onu xatirə üçün saxlamağı qərara alıblar. Bütün evlər bir qədər hündürdədir, bu yenidən daşqın olarsa qorunmaq məqsədi ilə edilib.



Fırtına zamanı bu rayonu tamamilə su basmışdı.

Bred Pitt evlərin tikiləcəyi dağılmış rayonu nəzərdən keçirir.

İnşaata şəxsən nəzarət etmək üçün Bred Pitt və Ancelina Coli 2005-ci ildə Yeni Orleanda malikanə aldılar və bu malikanə onların ikinci evi oldu.



Aktyor dəfələrlə yerli sakinlərin və memarların görüşünü təşkil edib, bu görüşlərdə onlar şəhərin və rayonun gələcəyini müzakirə edirdilər.

Şəkildə Bred Pitt mərkəzdə dayanıb.



O, könüllülərə şəxsən rəhbərlik edirdi...



... Və pul vəsaitinin toplanması zamanı xeyriyyə aksiyalarında çıxış edirdi.



İnşaat işləri başladıqda aktyor bütün mərhələlərə özü nəzarət edirdi.

Evləri, ən yeni ekotexnologiyaları və inşaatın “yaşıl” prinsiplərinə riayət edərək tikirdilər. Damlarda günəş batareyaları quraşdırılıb.



Nəticə isə göz qabağındadır: rayonu tanımaq olmur. Bu gözəl taxta evlərdir. Ətrafda isə landşaft dizaynerləri işləyib.



Rayon artıq yerli abidəyə çevrilib – turistlər bura bu gözəlliyə tamaşa etməyə gəlirlər.



Bütün evlər qeyri-adi formaya malikdirlər və şən rənglərlə boyanıb.



Onlar taxtadan tikilib və hamısının verandası var.



Otaqlar genişdir, pəncərələrdən bol günəş işığı düşür.



Mətbəxlər lazımi əşyalar ilə təchiz edilib, hər birində soyuducu və xörək bişirmək üçün soba var.



Pitt Yeni Orelandakı evinin eyvanında



Ancelina Coli özü xeyriyyəyə çox zaman və vəsait ayırır, o ərinin gördüyü işlə qürur duyur.



Pitt və Coli yeni evlərin razı sakinləri ilə



Aktyor ailələrin öz evlərinin rənglərini özləri seçmələri barədə göstəriş verib.

Onların hamısı bir nəfər kimi şən rəngləri seçirdilər – sarı, yaşıl, mavi – bu onlara bəxş edilmiş yeni həyatın əlaməti idi.
Geri dön