Ana Sayfa > M / Karusel / Gündəm > Ağacları zədələyən şirkət cəzalandırıldı

Ağacları zədələyən şirkət cəzalandırıldı


27-01-2022, 14:05. Yazar: Xeberaz



Nəsimi rayonu, Asif Məhərrəmov 36 F ünvanında “Fəxri” MTK tərəfindən aparılan tikinti işləri zamanı ağacların kəsilməsi ilə bağlı "Xeberaz.Az"-ın çəkilişindən sonra Dövlət Ekoloji Təhlükəsizlik Xidməti  əməkdaşları tərəfindən yerində araşdırılma aparılıb.
Xidmət rəsmisi Vaqif Cavadov  bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə tikinti işləri aparan “Fəxri” MTK-nın işçiləri tərəfindən üç şam ağacının budaqlarının kəsildiyi, bir sərv ağacının isə qanunsuz köçürüldüyü müəyyən edilib. 
“Faktla bağlı “Fəxri” MTK-nın hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış materiallar Nəsimi rayon Məhkəməsinə göndərilib”.






Geri dön