Ana Sayfa > M / Karusel / Gündəm > Azərbaycanda deputatların sayı artırılacaq? - AÇIQLAMA

Azərbaycanda deputatların sayı artırılacaq? - AÇIQLAMA


22-12-2021, 15:52. Yazar: Xeberaz
Azərbaycanda deputatların sayı artırılacaq? -AÇIQLAMA

"Konstitusiyaya görə, deputatların sayı 125 nəfər müəyyən olunub. Deputatların sayının artırılması da konstitusiya dəyişikliyi ilə ola bilər".
Bunu açıqlamasında deputat Fəzail Ağamalı deyib. Deputat bildirib ki, bu məsələ hər zaman aktualdır, müzakirə olunur. 
"Azərbaycan əhalisinin sayını nəzərə alsaq, deputatların sayının artırılması yaxşı olardı. Gələcəkdə ciddi sosial sifariş kimi önə çıxarsa, belə bir dəyişikliyin olmasını istisna etmirəm. Belə bir dəyişikliyin yaxın zamanda olacağı gözlənilmir. Dəfələrlə qeyd etmişəm ki, qarışıq seçki olmasını məqbul hesab edirəm. Həm majoritar, həm də proporsional. Onların hər birinin özünəməxsus üstünlükləri var".
F.Ağamalı qeyd edib ki, Milli Məclisin boş qalan yerlərinə seçkilərin keçirilməsi gözlənilir. Onun sözlərinə görə, bu, 2022-ci ildə ola bilər.

Geri dön