Ana Sayfa > M / Karusel / Siyasət / Müsahibə > Türkiyənin baş naziri vəzifəsini təhvil verib

Türkiyənin baş naziri vəzifəsini təhvil verib


19-08-2015, 01:06. Yazar: Xeberaz
Türkiyənin baş naziri vəzifəsini təhvil verib
Ərdoğan Davudoğluna gördüyü işlərə görə təşəkkür edib.

Türkiyənin Baş naziri və Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlu vəzifəsini Rəcəb Tayyib Ərdoğana təhvil verib.

Xeberaz.az -ın APA-ya istinadən verdiyi xəbərə görə, prezident sarayında 1 saat 25 dəqiqə davam edən görüş mətbuata qapalı keçirilib.

Görüşün yekununda rəsmi məlumat verilib:

“Əhməd Davudoğlu prezidentə bütün səylərinə rəğmən etibarlı hökumət qurma imkanını tapmadığını bildirib və vəzifəsini Rəcəb Tayyip Ərdoğana təhvil verib. Prezident Davudoğluna gördüyü işlərə görə təşəkkür edib”.
Geri dön