Ana Sayfa > M / Karusel / Gündəm > "Hadisə yerinə tez çatmaq üçün motosikletlər almışıq" - Kəmaləddin Heydərov

"Hadisə yerinə tez çatmaq üçün motosikletlər almışıq" - Kəmaləddin Heydərov


16-12-2021, 10:45. Yazar: Xeberaz

Ölkədə baş verən hadisələr zamanı əraziyə operativ çatmaq üçün Fövqəladə Hallar Nazirliyi xüsusi motosikletlər alıb.
Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
O bildirib ki, həmin motosikletlər xüsusi vasitələrlə də təchiz edilib: "Magistral yollarda tıxaclar çoxdur. Ona görə də hadisə yerinə tez çatmaq üçün motosikletlər almışıq. Texniki və təbii fəlakətlərdən heç kim sığortalanmayıb. Biz çalışırıq ki, işimizi, peşəkarlığımızı daha da artıraq. Bu məsələ bizim qarşımızda duran məsələlərdən biridir", - deyə nazir bildirib.

Geri dön