Ana Sayfa > M / Karusel / Gündəm / Araşdırma > "Azpetrol" işçi haqqını BELƏ POZDU... - GİLEY

"Azpetrol" işçi haqqını BELƏ POZDU... - GİLEY


15-12-2021, 09:34. Yazar: Xeberaz


"Şikayətim Azpetroldandır". Elvin Zərbəliyev adlı istifadəçi bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında qeyd edir:


Daha sonra narazı vətəndaş yazır:
"2016-cı ildə 2 gün müddətində "Azpetrol"da "stajor" işləmişəm, sonra işləmək istəməmişəm. Və mənə xəbərdarlıq olmadan məni "70 ç" maddəsi ilə işdən azad ediblər.

Bu da rəsmi portalda görünür. Ona görə də ömrümün sonuna kimi heç yerə işə düzələ bilmərəm.

"Azpetrol"un öz səhvini üzərinə götürmədiyi üçün bir ömür işsiz qalacam. Bunun həllinin necə olacağını bilmirəm".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...(dia.az)

Geri dön