Ana Sayfa > M / Karusel / İqtisadiyyat / M2 > İlham Əliyev Cəlilabad rayonuna 3 milyon manat ayırdı

İlham Əliyev Cəlilabad rayonuna 3 milyon manat ayırdı


17-08-2015, 18:05. Yazar: Xeberaz
İlham Əliyev Cəlilabad rayonuna 3 milyon manat ayırdı
Prezident sərəncam imzaladı.

Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Xeberaz.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, iyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Prezidentinin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılır.
Geri dön