Ana Sayfa > M / Karusel / Gündəm / Məşhurların Taleyi > Azərbaycanın məşhur generalı vəfat etdi - FOTO

Azərbaycanın məşhur generalı vəfat etdi - FOTO


19-11-2021, 22:21. Yazar: Xeberaz
Ədliyyə general-mayoru Zavər Qafarov vəfat edib.
Xeberaz.Az-ın əldə etdiyi məlumata görə, Zavər Qafarov 68 yaşında dünyasını dəyişib. 
Belə ki, Z.Qafarov bir neçə gün əvvəl ürək əməliyyatı olunub. Əməliyyatdan çıxandan sonra o, infarkt keçirərək dünyasını dəyişib.
Z.Qafarov Xaçmazın Qobuqıraq kəndində dəfn edilib.
Qeyd edək ki, Zavər Qafarov uzun illər ədliyyə orqanlarında çalışıb. O, 2015-ci ildə Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı İdarəsinin rəisi vəzifəsindən azad edilib.O, Azərbaycanın fəxri olub, Ramil Səfərovun Mcarıstandan Azərbaycana gəlməsində böyük təşəbbüs göstərib. 
Xatırladaq ki, Z. Qafarovun oğlu da bir müddət əvvəl dünaysını dəyişib.



Geri dön