Ana Sayfa > M / Karusel / Dünya > Fransız pilotlar 26 çemodan narkotiklə yaxalandılar

Fransız pilotlar 26 çemodan narkotiklə yaxalandılar


16-08-2015, 19:31. Yazar: Xeberaz
Fransız pilotlar 26 çemodan narkotiklə yaxalandılar

Dominik Respublikasında məhkəmə dörd fransız vətəndaşına narkotik qaçaqçılığına görə 20 il həbs cəzası verib

Fransız pilotlar Paskal Fauret və Bruno Odos ilə aviasiya işçisi Alain Kastani və sərnişin Nikolas Pisapia narkotiklə dolu 26 çemodanı şəxsi bir uçaqla Fransanın Tropez şəhərinə aparmaq istəyərkən saxlanılıblar.

Pilotlar və digər ortaqları narkotikin Nikolas Pisapiaya aid olduğunu desələr də, sərnişin bu iddialarla razılaşmayıb.

Fransız vətəndaşları ilə yanaşı, Dominik Respublikasının daha 4 vətəndaşı da 5 ildən 10 ilə qədər həbs cəzası alıb.(musavat.com)

Geri dön