Ana Sayfa > M / Karusel / Siyasət / Reportaj > “Ya özünüz torpaqlarınızı təmizləyin, ya da zəhmətini biz çəkərik”

“Ya özünüz torpaqlarınızı təmizləyin, ya da zəhmətini biz çəkərik”


16-08-2015, 13:52. Yazar: Xeberaz
“Ya özünüz torpaqlarınızı təmizləyin, ya da zəhmətini biz çəkərik”

“Son zamanlar həyata keçirdiyimiz hərbi əməliyyatlarla terrorçulara ciddi zərbələr vururuq.

Şəhidlərimizin qanı yerdə qalmır və qalmayacaq. Arxalarında terror təşkilatlarının olduğunu söyləyənlər bunun bədəlini ağır ödəyəcəklər. Əgər haqq və azadlıqlardan söhbət gedirsə, bunların yeri bəllidir. Demokratiya silahla əldə edilmir. Mənim millətim son hadisələrin hesabını soruşacaq. Kimlər terrorçularla əlaqədədir, yaxşı bilirik. Bizim bu bayraqdan başqa bayrağımız yoxdur”.

Xeberaz.az xəbər verir ki, Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Rizə şəhərində qeyri-hökumət təşkilatlarının nümayəndələriylə keçirdiyi toplantıda dilə gətirib. Prezident çıxışında Bağdada mesajlar göndərməyi də unutmayıb. O, deyib: “İraq ya öz torpaqlarındakı terrorçu ünsürləri təmizləyəcək, ya da biz öz öhdəmizə düşəni edəcəyik”.

Qeyd edək ki, Ərdoğanın Bağdada ünvanladığı bu mesajı birdən-birə, təsadüfən ortaya çıxmayıb. Bir neçə gün əvvəl İraqın baş naziri Heydər İbadi Türkiyənin Qəndil dağında keçirdiyi hava əməliyyatlarını qınamış, bunu ölkəsinin ərazi bütövlüyünə qəsd kimi qiymətləndirmişdi. Güman olunur ki, Ərdoğan da Rizədə dilə gətirdiyi həmin sözlərlə İbadinin cavabını verib.
Geri dön