Ana Sayfa > M / Karusel / Gündəm / Araşdırma > “Pəzəvəng” kafesi, “Məsti-xumar” gözəllik salonları, masajxanalar... - Görəsən, Xətai Rayon Polis İdarəsi hara baxır ?

“Pəzəvəng” kafesi, “Məsti-xumar” gözəllik salonları, masajxanalar... - Görəsən, Xətai Rayon Polis İdarəsi hara baxır ?


11-10-2021, 14:47. Yazar: Xeberaz

“Pəzəvəng”  kafesi, “Məsti-xumar”  gözəllik salonları, masajxanalar... - Görəsən, Xətai Rayon Polis İdarəsi  hara baxır ?



Bu günədək telekanallarda, saytlarda Bakı şəhərində fəaliyyət göstərən əxlaqsızlıq  yuvaları ilə bağlı kifayət qədər video materiallar göstərilib, yazılar dərc olunub. Yəni artıq kimisə bu mövzu ilə heyrətləndirmək mümkün deyil. 
Ancaq bu mövzuda  sonuncu  material hamının təəccübünə səbəb oldu. 
Söhbət iki gün öncə barəsində  xəbər yayılan  “Pəhləvanlar” kafesindən gedir. 
Təssəvvür edirsiniz, dəfələrlə televiziya verilişlərində, tədbirlərdə Ramazanov qardaşları pəhləvan kimi şoular göstəriblər, tamaşaçılar onları alqışlayıb. 
Hətta qardaşların idmançı, pəhləvan kimi fəaliyyəti ilə bağlı “Youtube” kanalında xeyli sayda videogörüntülər də var. Yəni telekanallar  bu qardaşları Azərbaycan cəmiyyətinə idmançı kimi təqdim ediblər. Qardaşlar da öz peşələrinə uyğun olaraq “Pəhləvan” kafesi açıblar. Olsun. 
Amma indi bəlli olub ki, qardaşların açdığı kafenin idmana, güləşə, pəhləvanlığa zərrə qədər dəxli yoxdur. Düzdür, burda da döşəklər var, amma idman döşəkləri deyil, başqa döşəklərdir... 
Kafenin 18 otağında  cinsi əlaqə üçün şərait yaradılıb, yəni bura intim əlaqələr üçün yaradılıb və pul müqabilində görüşlər təşkil edilir. Hətta kafedə narkotik vasitələri də istifadə edilir. 
Sözün qısası,  qardaşlar  idman, güləş, fizkultura adı altında fahişəxana açıblar. Elə bunun adını “PƏZƏVƏNG”  qoyun dəə..
Qardaşlar  hazırda  məhkəmə qarşısında cavab verirlər. 
Ancaq düşünməyin ki, bununla məsələ bitir. 
Son günlər karantin dövründə SPA  mərkəzində, Məşədi hamamında fəaliyyət göstərən  saunalar, masajxanalar və daha nə-xanalar barədə Youtube kanalında videolar yayılıb.  
Belə “yuva”lar  nə qədər desən. Bir deyil, iki deyil...
Həm də bu “yuva”lar  özlərinə elə dəbdəbəli adlar seçirlər ki, adam məəttəl qalır. 
Amma ən maraqlısı odur ki, görəsən əsas işi bu “yuva”larla mübarizə olan Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi  niyə bu əxlaqsızlıq yuvalarından bu qədər gec xəbər  tutur,  xəbər tutanda isə  “fakt içəridə olur”. 
Bəs bu idarə hara baxır ? 
Məsələn, görəsən, “Topqapı” kimi məşhur hamamın yanındakı oteldən, Xətai RPİ-nin 37-ci, ya da 36-cı Polis Bölməsinin xəbəri yoxdur ? 
Bura oteldir, yoxsa “məşq salonu”..? Adını Seyid qoyanlar burada nə işlə məşğuldurlar ? 
Görəsən bu “otel”  ayda kimlərə nə qədər ödəyir ? 
Salon dedik bir məsələ yada düşdü. 
Deməli, Bakıda elə bahalı gözəllik salonları var ki, orada təkcə saç düzümü, manükür, pedikür məsələsi deyil, başqa qulluqlar da var. İçəri girən məsti-xumar olur. 
Bunlar hələ bizim yadımıza düşənlərdir ee. 
Əsas odur ki, İnsan Alverinə qarşı Mübarizə aparanların, Xətai polisinin yadına düşsün.(https://gundelik-baku.com/)








Geri dön