Ana Sayfa > M / Karusel / İdman > Azərbaycan yığması əsas qapıçısını itirdi

Azərbaycan yığması əsas qapıçısını itirdi


24-03-2015, 17:57. Yazar: Xeberaz
Azərbaycan yığması əsas qapıçısını itirdi
Onu “Ayntraxt”ın qolkiperi Emil Balayev əvəzləyib.

Bakının “İnter” klubunun qapıçısı Səlahət Ağayev səhhətindəki problemlərlə əlaqədar martın 28-də baş tutacaq Azərbaycan-Malta matçında iştirak edə bilməyəcək.

Xeberaz.az Oxu az-a xəbər verir ki, onun əvəzinə yığmaya təcili olaraq Frankfurtun “Ayntraxt” klubunun qapıçısı Emil Balayev çağırılıb.

Qeyd edək ki, fevralda Türkiyədə təlim-məşq toplanışı zamanı Azərbaycan yığmasının məşqçisi Robert Prosineçki Səlahət Ağayevi əsas qapıçı adlandırmışdı. İndi isə belə görünür ki, qapını “Kayserispor”un qolkiperi Kamran Ağayev qoruyacaq.
Geri dön