Ana Sayfa > M / Karusel / Gündəm / Foto-fakt > “SƏDƏRƏK YUSİF” TƏBİƏTİ BELƏ MƏHV EDİR -FOTO

“SƏDƏRƏK YUSİF” TƏBİƏTİ BELƏ MƏHV EDİR -FOTO


24-09-2021, 19:15. Yazar: Xeberaz
Xızının Altıağac ərazisində yerləşən “Cənnət bağı”ndakı zooparkda ağılasığmaz işgəncə faktı üzə çıxıb.Xeberaz.Az-ın verdiyi xəbərə görə, heyvanat parkında saxlanan bizonun düşdüyü vəziyyət görənləri heyrətə gətirib. Bildirilir ki, bu heyvanı İsmayıllıda reintroduksiya edirlər, amma Xızıda divarın dibində işgəncə verirlər. Sosial media istifadəçiləri və ekofront tərəfdarları çağırış edirlər ki, bu bizonun mənbəyi araşdırılmalıdır.

Üstəlik, qəfəsdəki ayı… Qonur ayı yerli növdür və “Qırmızı kitab” a düşüb. Ancaq onun qəfəsdə saxlanması üçün heç bir prosedur həyata keçirilməyib. Bu ayının da mənbəyi dəqiqləşməlidir.
Vətəndaşlar “Cənnət bağı” na getməməyə çağırırlar: “Bu heyvan əsir düşərgəsini maliyyələşdirməyin”.
Məlum olur ki, bu məkan Bakıda “Sədərək” ticarət mərkəzinin rəhbəri Yusif Qədimbəyliyə məxsusdur. Bazar rəhbəri Xızıda heyvanlara işgəncə verməklə məşğuldur. Bu da təsadüfi deyil. O, bir müddət əvvəl maral buynuzları ilə vanna düzəltdirməsi ilə gündəmə gəlmişdi. Onun Altıağacda fermasının olduğu, marallar, ceyranlar saxladığı bildirilir.(tia.az)










Geri dön