Ana Sayfa > M / Karusel / Gündəm / Araşdırma > Vətəndaşdan şok iddia: “Marin Group” şirkəti insanları evlərindən sürüyə-sürüyə çıxardır

Vətəndaşdan şok iddia: “Marin Group” şirkəti insanları evlərindən sürüyə-sürüyə çıxardır


5-09-2021, 10:46. Yazar: Xeberaz
Alidə Məmmədovanın sözlərinə görə, ərazidə yaşayanlar buradan həm şirkətin, həm də icra hakimiyyətinin təzyiqləri, hədə-qorxuları altında tərk ediblər:“Ailələr şirkətin şərtləriylə razılaşmırdılar, evlərini tərk etmək istəmirdilər. Həmin ailələri evlərindən çıxarmaq üçün idmançıları əraziyə tökdülər, o idmançılar da adamları evlərindən qol gücünə çıxardılar. Elə ailələr var ki, sürüyə-sürüyə çıxartdılar evlərdən… İndi söküntü növbəsi gəlib bizim evə çatıb. Ürəyimizdə bir qorxu hissi var ki, hər an idmançılar peyda ola, bizi döyüb evimizdən çıxara bilərlər”.“Marin Group” hazırda Nəsimi rayonu ərazisində pilot layihə çərçivəsində yeni “London Evləri”nin tikintisini həyata keçirir. Şirkətlə əlaqə saxlamaq mümkün olmayıb, Nəsimi Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, ərazidəki pilot layihəni “Marin Group” şirkəti həyata keçirir. Abbas Səhhət küçəsindəki 47 saylı evin 3 saylı mənzilində yaşayan Məmmədovların ümumi sahəsi 67 kvadratmetr olan mənzilin qarşılığında yeni tikiləcək binadan sahəsi 93 kvadratnetr olan təmirli mənzil veriləcək.Başqa bir vətəndaşsa şirkəti məhkəməyə verilibEyni küçənin 53 saylı evində yaşayan Mansur Ələkbərov da bu yaxınlarda məhkəməyə müraciət edib. O iddia edir ki, həmin ünvanda sahəsi 95 kvadratmetr olan mənzili məhkəmə qərarı olmadan və içərisində əşyalar ola-ola sökülüb. O, şirkətdən evinin bərpasını, əşyalarla əlaqədar maddi ziyana görə 27 min manat, mənəvi ziyana görə isə 150 min manat təzminat ödənilməsini tələb edir.Mansur Ələkbərov deyir, özünü şirkətin rəhbərliyi kimi təqdim edən şəxslərlə Nəsimi bazarı deyilən ərazidə – “Marin Group”un ofisində görüşüb. Şirkətin rəhbərliyi isə onu dinləmək əvəzinə təhqir edərək qovub.

Sosial şəbəkələrdə qeyd edilir ki, “Marin Group” şirkətinin şərikləri olan Orxan Əliyev (Kikboks Federasiyasının prezidenti), Məhəmməd və Murad Rzayev qardaşlarıdır.



Geri dön