Ana Sayfa > M / Karusel / Siyasət > ATƏT Azərbaycandakı seçkiləri izləyəcək

ATƏT Azərbaycandakı seçkiləri izləyəcək


14-08-2015, 18:23. Yazar: Xeberaz
ATƏT Azərbaycandakı seçkiləri izləyəcək
Avropa İttifaqı rəsmisi parlament seçkilərində MSK-nın əsas faktor olduğunu deyib.
Mәrkәzi Seçki Komissiyasının (MSK) sәdri Mәzahir Pәnahov ATӘT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ehtiyacları qiymәtlәndirmә missiyasının Bakıya sәfәri haqqında danışıb.
Xeberaz.az -ın məlumatına görə, sədr ATƏT nümayəndələrinin Azərbaycanda Milli Məclisə keçirilən seçkilərdə iştirak etmək niyyətində olduğunu deyib. "Çox güman ki, Azərbaycan bu təklifə müsbət yanaşacaq", - deyən Məzahir Pənahov ATƏT nümayəndələrinin seçkiləri müşahidə etməsinin mümkünlüyünü bildirib.


Məzahir Pənahov - MSK sədri


Avropa İttifaqının (Aİ) Azərbaycan Ofisinin rəhbəri Malena Mard isə bildirib ki, əsas məqsəd seçki prosesinin daha da yaxşılaşmasına kömək etməkdir. "Bu təlimlər MSK ilə uzun müddət olan əməkdaşlıq çərçivəsində həyata keçirilir və Azərbaycanın digər rayonlarında da keçiriləcək. ATƏT və Avropa Şurası bu sahədə inkişafı gücləndirmək üçün namizədlərin qeydiyyata alınması ilə bağlı tövsiyələri nəzərdən keçirir", - deyən Malena Mard parlament seçkilərində əsas faktorun MSK olduğunu bildirib.


Malena Mard - Avropa İttifaqının Azərbaycan Ofisinin rəhbəri
Geri dön