Ana Sayfa > M / Karusel / Gündəm / Araşdırma > Cəlilabadda baş həkim xəstələrin dərmanını SATIŞA ÇIXARIR... - İTTİHAM

Cəlilabadda baş həkim xəstələrin dərmanını SATIŞA ÇIXARIR... - İTTİHAM


16-08-2021, 12:27. Yazar: Xeberaz


Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi dövlətin ayırdığı perparatları apteklərdə satdırır və xəstələrə vermir.
Buna etiraz olaraq yerli sakinlərdən biri RMX-nın önündə aksiya keçirib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyinə də müraciətlər göndərilib, xeyri olmayıb. Vətəndaş bildirir ki, ona cəmi iki növ dərman verilib. Şikayətçi dərmanların baş həkim tərəfindən satıldığını iddia edib.
Cəlilabad RMX-nin baş həkimi Vüsal Abdullayevdir. O, ötən il bu vəzifəyə gətirilib. Onun gənc kadr olmasına baxmayaraq, Cəlilabad səhiyyəsini xarabazara çevirməsi heç xoşagələn hal deyil. Vətəndaşın xəstəxana önündə keçirdiyi aksiyadan görüntüləri təqdim edirik:(Reportyor.info )




Geri dön