Ana Sayfa > M / Karusel / Gündəm > Ermənistan Kəlbəcər və Gədəbəyi ATƏŞƏ TUTDU

Ermənistan Kəlbəcər və Gədəbəyi ATƏŞƏ TUTDU


12-08-2021, 11:12. Yazar: Xeberaz

Ermənistan Kəlbəcər və GədəbəyiATƏŞƏ TUTDU



Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 11-i saat 22:20-dən etibarən 12-si saat 00:05-dək Çəmbərək rayonunun Çəmbərək, Ttucur, eləcə də Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı, Qaravəllər, o cümlədən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Bu barədə 
Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Geri dön