Ana Sayfa > M / Karusel / Gündəm > Ermənistan Naxçıvan istiqamətində TƏXRİBAT TÖRƏTDİ

Ermənistan Naxçıvan istiqamətində TƏXRİBAT TÖRƏTDİ


2-08-2021, 11:40. Yazar: Xeberaz

Ermənistan Naxçıvan istiqamətindəTƏXRİBAT TÖRƏTDİ



Avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Cavab atəşi ilə qarşı tərəf susdurulub.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Geri dön