Ana Sayfa > M / Karusel / M2 / Fotogalereya > “Qarabağ” və “Qəbələ”nin oyunlarının vaxtı açıqlandı

“Qarabağ” və “Qəbələ”nin oyunlarının vaxtı açıqlandı


12-08-2015, 23:05. Yazar: Xeberaz
“Qarabağ” və “Qəbələ”nin oyunlarının vaxtı açıqlandı
UEFA məlumat yayıb.

UEFA Çempionlar Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Yanq Boyz” (İsveçrə) – “Qarabağ” (Ağdam, Azərbaycan) komandaları arasındakı ilk oyunun başlama saatı müəyyənləşib.

Xeberaz.az UEFA-nın saytına istinadla xəbər verir ki, Berndə “Stad de Syuiss” arenasında keçiriləcək ilk görüş avqustun 20-də Bakı vaxtı ilə 23:00-da (yerli vaxtla 20:00) başlayacaq. Azərbaycan çempionunun “Yanq Boyz” ilə cavab qarşılaşması isə avqustun 27-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Artıq bu oyunun biletləri İsveçrədə satışa çıxarılıb.

UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsində digər təmsilçimiz “Qəbələ” komandası Yunanıstanın “Panatinaikos” klubunu avqustun 20-də qəbul edəcək.

“Bakcell Arena”da keçiriləcək qarşılaşmanın start fiti saat 21:00-da veriləcək.

“Qəbələ” komandasının “Panatinaikos” ilə cavab görüşü isə avqustun 27-də Afinanın 16 min tamaşaçı yerlik “Apostolos Nikolaidis” stadionunda keçiriləcək.
Geri dön