Ana Sayfa > M / Filmlər / Gündəm > Düşmən mövqelərimizi atəşə tutdu, qumbaralar atdı

Düşmən mövqelərimizi atəşə tutdu, qumbaralar atdı


29-07-2021, 10:39. Yazar: Xeberaz


MN: Ermənistan atəşkəsi pozaraq Kəlbəcər rayonu istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub
Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.
Xeberaz.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, iİyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Geri dön