Ana Sayfa > M / Filmlər / Gündəm > Ermənilər Şuşa ətrafındakı mövqelərimizi atəşə tutdular

Ermənilər Şuşa ətrafındakı mövqelərimizi atəşə tutdular


14-07-2021, 11:20. Yazar: Xeberaz


Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.
Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Geri dön