Ana Sayfa > M / Karusel / Gündəm / Araşdırma > "Khazar Palace Hotel Lankaran"a NƏ BADƏ GEDƏSİNİZ... - GİLEY

"Khazar Palace Hotel Lankaran"a NƏ BADƏ GEDƏSİNİZ... - GİLEY


2-07-2021, 11:14. Yazar: Xeberaz

"Şikayətim "Khazar Palace Hotel Lankaran"dandır. Demək, bu istirahət mərkəzi həqiqətəndə ilk yarandığı vaxtlarda möhtəşəm idi. Niə? Çünki o qədər də müştərisi olmurdu buranin. Təmizliyi səliqəsi hər şey yaxşı idi. 2 il əvvəl demək olar hər şənbə bazar getdiyim məkan idi. Səhər tezdən gedib gecə saat 11-ədək orda dincəlirdim". DİA.AZ bildirir ki, bu barədə Xəyalə Səfərli adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupunda giley edib.

"Khazar Palace Hotel Lankaran"a NƏ BADƏ GEDƏSİNİZ...

Daha sonra narazı vətəndaş yazır: "İndi..? İndi bərbad! Anti-sanitariya baş alıb gedir. Servis xidməti sifirdan da aşağı! Qab-qacaq sınıq-salxaq vəziyyətdə! Süfrələr yox... və yaxud da ləkəli-çirkli.. Stullar yağlı, çirkli.. Uşaqlar üçün əyləncə məkanı isə başdan-başa infeksiya mənbəyi!!!

Əziz mənim kimi istirahət etməyi gəzməyi sevən insanlar, baxın NƏ BADƏƏ ora gedəsiniz.. Pulunuza, qazancınıza heyfiniz gəlsin...

Bu gün orda 1 konsert vermek istədim, amma kimsəni tapa bilmədim.

P.S. Əgər yüksək vəzifəli yaxınınız və yaxud daydayınız varsa, sizə xidmət olunacaq normal..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri dön