Ana Sayfa > M / Karusel / Gündəm > Ermənilər azərbaycanlını girov götürüblər

Ermənilər azərbaycanlını girov götürüblər


11-08-2015, 01:11. Yazar: Xeberaz
Ermənilər azərbaycanlını girov götürüblər

İyulun 23-də Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Faxralı kəndində yaşayan, 35 yaşlı Turqay Lətif oğlu Mikayılov yolu azaraq Ermənistan tərəfə keçib. O, Ermənistan sərhədçiləri tərəfindən saxlanılaraq İrəvana aparılıb. Sərhədçilər azərbaycanlı Turqay Mikayılovun sənədlərini tələb ediblər.


Xeberaz.az -ın APA-ya istinadən məlumatına görə, bunu T. Mikayılovun bacısının həyat yoldaşı Məhəmməd Bayramov deyib.

Onun sözlərinə görə, dünən Bolnisi rayonundan gələn müstəntiq hadisənin təfərrüatlarını öyrənib və şahidləri dindirib: "Dünən hamımızı danışdırıblar. Turqayın xarici pasportunu, şəxsiyyət vərəqəsini və doğum haqqında şəhadətnaməsini Ququti adlanan gömrük məntəqəsinə apardım. Onlar da sənədlərin surətini Ermənistan sərhədçilərinə verdilər".

Kvemo-Kartli regionunun qubernatoru Paata Xizanişvili isə Dmanisinin Yırğançay kəndində baş verən hadisədən xəbərdar olduğunu və bu barədə araşdırma aparıldığını bildirib: "Biz hadisəni nəzarətə götürmüşük. Gürcüstanın bütün hüquq-mühafizə orqanları hadisədən xəbərdardırlar. İndi faktları dəqiqləşdiririk. Çalışacağıq ki, vətəndaşımıza lazımi kömək edək".

Bildirilib ki, o, 2 ay İrəvanda saxlanıldıqdan sonra Gürcüstana təhvil veriləcək.
Geri dön