Ana Sayfa > M / Karusel / Səhiyyə / Foto-fakt / Həftə-Reytinq > Əli İnsanov 3 gün karsa salınıb

Əli İnsanov 3 gün karsa salınıb


11-08-2015, 00:49. Yazar: Xeberaz
Əli İnsanov 3 gün karsa salınıb

Keçmiş səhiyyə naziri Əli İnsanov Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında karsa salınıb.


Xeberaz.az -ın “Azadlıq” qəzetinə istinadən verdiyi məlumatına görə, Əli İnsanov xarici banklardakı qonorarlarının müsadirəsinə dair məhkəmə qərarından verdiyi apelyasiya şikayəti ilə əlaqədar avqustun 1-də Bakı İstintaq Təcridxanasına aparılıb və dərhal karsa salınıb. Keçmiş nazir 3 gün karsda saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Əli İnsanovun xarici banklardakı qonorarlarının müsadirəsinə dair iyunun 18-də qərar çıxarıb. Əli İnsanov bununla bağlı Bakı Apelyasiya Məhkəməsinə şikayət edib. Keçmiş nazir Apelyasiya Məhkəməsində şüşə qəfəsə salınaraq danışmasına imkan verilmədiyini əsas gətirərək prosesdə iştirakdan imtina edib. Buna baxmayaraq avqustun 1-də onu məcburən 13 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına aparıblar.

Əli İnsanovun apelyasiya şikayətinə hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq. Məhkəmə artıq avqustun 6-da işə Əli İnsanovun iştirakı olmadan baxılmağa dair qərar çıxarıb. İşə isə avqustun 14-də baxılacaq.
Geri dön