Ana Sayfa > M / Karusel / Gündəm > AFFA jurnalist Rasim Əliyevin ölümü ilə bağlı bəyanat yayıb.

AFFA jurnalist Rasim Əliyevin ölümü ilə bağlı bəyanat yayıb.


10-08-2015, 15:18. Yazar: Xeberaz
AFFA jurnalist Rasim Əliyevin ölümü ilə bağlı bəyanat yayıb.
Qurum açıqlama verdi.



Xeberaz.az
xəbər verir ki, bəyanatda qeyd edilib ki, avqustun 8-də Bakı şəhərində şəxsiyyəti hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilməkdə olan bir qrup şəxs tərəfindən jurnalist Rasim Əliyev fiziki təzyiqə məruz qalaraq ağır bədən xəsarətləri alıb, avqustun 9-da səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) mətbuat nümayəndəsinə qarşı yol verilmiş zorakılığı ölkə futbol ictimaiyyəti adından kəskin şəkildə pisləyir:

“AFFA hüquq-mühafizə orqanları tərəfindən hadisənin günahkarlarının ən qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacağına inanır, mərhum jurnalistin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.
Geri dön