Ana Sayfa > M / Karusel / Gündəm > Ölkədaxili uçuşlar üçün COVID-19 testi tələb olunacaq? - YENİ QƏRAR

Ölkədaxili uçuşlar üçün COVID-19 testi tələb olunacaq? - YENİ QƏRAR


2-06-2021, 10:54. Yazar: Xeberaz

"Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar"da aşağıdakı dəyişikliklər edilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, dəyişikliyə əsasən ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR test barədə arayış tələb olunmur və ölkədaxili uçuşlar vasitəsilə 2 Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar götürülür.
Ölkədaxili uçuşların sərnişinlərinin yalnız şəxsiyyət vəsiqəsinin (pasportunun) və müvafiq reys üçün biletinin mövcudluğu yoxlanılır.

Geri dön