Ana Sayfa > M / Karusel / Gündəm > SON DƏQİQƏ: Şuşa, Kəlbəcər və Gədəbəydə yerləşən mövqelərimiz atəşə tutuldu

SON DƏQİQƏ: Şuşa, Kəlbəcər və Gədəbəydə yerləşən mövqelərimiz atəşə tutuldu


26-05-2021, 13:59. Yazar: Xeberaz

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Xeberaz.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.
Cavab atəşi açılmayıb. İtki yoxdur.

Geri dön