Ana Sayfa > M / Karusel / Dünya > Cennifer Lopez: “Mən Rihannanın heyranıyam”

Cennifer Lopez: “Mən Rihannanın heyranıyam”


24-03-2015, 12:28. Yazar: Xeberaz
Cennifer Lopez: “Mən Rihannanın heyranıyam”
Latın Amerikasının divası Cennifer Lopez və Barbadosun fəxri adlandırılan Rihanna “Ev” cizgi filmi üçün mahnılar ifa etdikdən sonra dostlaşıblar. Eyni animasiya filmində mahnı oxuyan ulduzlar indi də duet ifa etmək niyyətindədirlər. Bu haqda Cennifer Lopez açıqlama verib.

“Mən Rihannanın böyük heyranıyam. O, çox mehriban qızdır, mənim çox xoşuma gəlir. Çünki mən özüm də eləyəm. O, daim inkişaf edir. Bu da mənim çox xoşuma gəlir”.

Bundan əlavə müğənni Rihanna ilə iş birliyində olmaq arzusunu da dilə gətirib.

“İstərdim Rihanna ilə ortaq iş birliyimiz olsun. Bunu kim istəməz ki”?!
Geri dön