Ana Sayfa > M / Karusel / Gündəm > Ramil Usubov rəisi işdən çıxarıb digər vəzifəyə təyin etdi

Ramil Usubov rəisi işdən çıxarıb digər vəzifəyə təyin etdi


2-08-2015, 19:22. Yazar: Xeberaz
Ramil Usubov rəisi işdən çıxarıb digər vəzifəyə təyin etdi
Nazir əmr imzalayıb.

Azərbaycan daxili işlər naziri Ramil Usubov Nəsimi rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Taləddin Axundovun vəzifədən azad edilməsi barədə əmr imzalayıb.

Xeberaz.az Modern.Az-a istinadən xəbər verir ki, nazir digər əmri ilə onu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Müfəttişliyi və Yol Hərəkətinin Təşkili şöbəsinin rəisi vəzifəsinə təyin edib.

Bu şöbənin rəisi Rafiq Qasımov isə təqaüdə göndərilib.
Geri dön