Ana Sayfa > M / Karusel / Siyasət > Zakir Həsənov Sergey Şoyqu görüşüb

Zakir Həsənov Sergey Şoyqu görüşüb


1-08-2015, 15:11. Yazar: Xeberaz
Zakir Həsənov Sergey Şoyqu görüşüb
Fikir mübadiləsi aparılıb.

Bu gün Moskva vilayətində Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında görüş olub.

Xeberaz.az Oxu.Az-a istinadən verdiyi məlumata görə, görüş nümayəndə heyətinin iştirakı olmadan təkbətək keçirilib.

Görüşdə regional təhlükəsizliyə dair aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Mətbuat görüşün yalnız protokol hissəsinə buraxılıb, müzakirələr jurnalistlərin iştitak olmadan davam etdirilib.
Geri dön