Ana Sayfa > M / Karusel / Siyasət > “PKK-nın bütün sığınacaqlarını məhv etdik” - Davudoğlu

“PKK-nın bütün sığınacaqlarını məhv etdik” - Davudoğlu


31-07-2015, 15:10. Yazar: Xeberaz
“PKK-nın bütün sığınacaqlarını məhv etdik” - Davudoğlu
Türkiyənin Baş naziri Əhməd Davudoğlu “Terrora qarşı vətəndaş hüququ” konfransında çox əhəmiyyətli açıqlamalarla çıxış edib.

ATV.az bildirir ki, Davudoğlu “Terrorla mübarizə üçün hökumət çiyin-çiyinə olmalıdır. Birlik hər şeydən önəmlidir. Nizam-intizam olmasa, ayın sonunda maaş alıb-almayacağımız sual altındadır. Casusluq edirsinizsə, investisiyanın qarşılığını ala bilməzsiniz” deyib.

Davudoğlu TSK-nın PKK-ya qarşı başlatdığı əməliyyatlardan danışıb:

“Hücumlara cavab verməsəydik, bu gün ölkəmizdə pessimizm hökm sürərdi. 3 mərhələli hücumda 3 əsas hədəfləri var idi: ictimai nizam-intizam, demokratiya və beynəlxalq etibarımız. Bizə müharibə elan edənlərin əsas mərkəzləri və sığınacaqlarını vurduq. PKK-nın bildiyimiz bütün qərargahlarını məhv etdik”.
Geri dön