Ana Sayfa > M / Karusel / Səhiyyə / Fotogalereya > Hərbi həkim olmaq istəyənlərin nəzərinə

Hərbi həkim olmaq istəyənlərin nəzərinə


30-07-2015, 20:11. Yazar: Xeberaz
Hərbi həkim olmaq istəyənlərin nəzərinə


Xeberaz.az
xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə (hərbi həkim işi ixtisası üzrə) müsabiqə zamanı boş qalmış plan yerlərinə əlavə qəbul həyata keçirilir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Azvision.az -a verilən məlumata görə, əlavə müsabiqə 20 plan yeri üzrə aparılır. Bu müsabiqədə IV ixtisas qrupu üzrə qəbul imtahanında 350 və daha yuxarı bal toplamış oğlan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər Hərbi həkim komissiyasından keçmək üçün iyulun 30-dan avqustun 8-dək (bazar günü istisna olmaqla) saat 09:00-dan 17:00-dək müraciət etməlidirlər.
Geri dön