Ana Sayfa > M / Karusel / Siyasət > Prezidentdən başsağlığı

Prezidentdən başsağlığı


23-03-2015, 21:00. Yazar: Xeberaz

Prezidentdən başsağlığı

Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Toni Tan Kenq Yama məktub ünvanlayıb.


Xeberaz.az “Qafqazinfo” -ya xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Sinqapur Respublikasının birinci Baş naziri, görkəmli dövlət xadimi Li Kuan Yunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, mərhumun ailəsinə və bütün Sinqapur xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
Geri dön